Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Heroin alveri ilə məşğul olan silahlı şəxslər saxlanılıb

© AFP 2023 / PERUVIAN MINISTRY OF THE INTERIORHeroin
Heroin  - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı axtarış zamanı silahlı şəxslərdən müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.
BAKI, 4 may — Sputnik. Bərdədə heroin alveri ilə məşğul olan silahlı dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı "TOZ-16" markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qeyd edək ki, DİN-in 2022-ci ilə dair illik hesabatına görə, qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kq çox və ya 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb. Ötən il ümumi çəkisi 172 ton 753 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib, 1 ton 150 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Xəbər lenti
0