Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TDT hökumətləri arasında saziş təsdiqlənib

TDT  - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Dövlət başçısının imzaladığı digər qanunla TDT-yə üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş də təsdiq edilib
BAKI, 2 may — Sputnik. Türk Dövlətləri Təşkilatının (TDT) hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş təsdiq edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qanunu imzalayıb.
Eyni zamanda, dövlət başçısının imzaladığı digər qanunla TDT-yə üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş də təsdiq edilib.
Qeyd edək ki, sözügedən sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
Xəbər lenti
0