Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqon relsdən çıxıb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub
BAKI, 2 may — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb.
Nazirlikdən verilən məlumata görə, "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Xəbər lenti
0