Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha davamlıdır - BVF

© AFP 2023 / MANDEL NGANBVF
BVF - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Beynəlxalq Valyuta Fondunun hesabatına görə, hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.
BAKI, 29 aprel — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dözümlü olduğunu sübut etdi.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Sənəddə ona da aydınlıq gətirilir ki, ötən ilin ikinci rübündəki kəskin enişdən sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə ciddi şəkildə bərpa olunub. Beləliklə, 2022-ci il üçün hasilatın azalması 2,1%-ə endirilib.
Təşkilat 2022-ci ildə iqtisadiyyatın neft ixracının sabit həcmləri ilə dəstəkləndiyini qeyd edib.
"Rusiyanın məhdudiyyətləri tətbiq edən ölkələrdən, bunu etməyən ölkələrə xammal ixracını yönləndirmək qabiliyyəti müstəqil olaraq əldə edilmiş və qeyri-rəsmi məlumatlarla təsdiqlənir", - deyə BVF vurğulayıb.
Bundan əvvəl baş nazir Mixail Mişustin demişdi ki, Qərb dünya infrastrukturuna nəzarəti silahla təmin etməyə çalışır. Lakin hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.
Birləşmiş Ştatlar daha əvvəl bildirmişdi ki, anti-Rusiya sanksiyaları Qərbin tarixdə ən böyük səhv hesablaması olub.
Xəbər lenti
0