Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir

© AR Ministry of Defence"Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir
Ən yaxşı snayper adı uğrunda yarış keçirilir - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Hərbi qulluqçular "Rahat olmayan vəziyyətdən atış", "Snayper müdafiədə", "Snayper hücumda", "Snayper estafeti" və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.
BAKI, 28 aprel — Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular "Rahat olmayan vəziyyətdən atış", "Snayper müdafiədə", "Snayper hücumda", "Snayper estafeti" və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda "Ən yaxşı snayper"in müəyyən olunmasıdır.
Qeyd edək ki, bir neçə gün öncə hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib.
Xəbər lenti
0