DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəşəriyyət üçün ən dəhşətli il hansı olub

© pixabay / doctor-aSualtı vulkan
Sualtı vulkan - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Meteoroloqların fikrincə, kataklizmə səbəb olan püskürmələr barədə yalnız 2018-ci ildə dəqiq məlumat almaq mümkün olub.
BAKI, 15 aprel — Sputnik. Harvard Universitetinin alimləri 536-cı ili bəşəriyyət tarixində ən dəhşətli il adlandırıblar.
Amerikanın "Science" jurnalında dərc edilən bir nəşrə görə, həmin il nəhəng vulkan püskürməsi 18 ay ərzində Avropa, Yaxın Şərq və Asiyanın bəzi hissələrini alatoranlığa qərq edib.
Alimlər qeyd edirlər ki, həmin illərdə Günəş heç də Aydan daha güclü parlamırdı. Havanın temperaturu isə Selsi üzrə 1,5-2,5 dərəcə aşağı idi. Bu, qlobal iqlim dəyişikliyinə səbəb olub. Onillik son 2,5 min ilin ən soyuq dövrü idi. Fəlakətin nəticəsi isə aclıq, vəba və Şərqi Roma İmperiyasının süqutu oldu.
Meteoroloqların fikrincə, kataklizmə səbəb olan püskürmələr barədə yalnız 2018-ci ildə öyrənmək mümkün olub. Elə o zaman tədqiqatçılar İsveçrə buzlaqını tədqiq edərək aydınlaşdırıblar ki, fəlakətlərin əsasını güclü vulkan püskürməsi qoyub. Sonrakı illərdə baş verən daha iki püskürmə isə atmosferi tamamilə küllə doldurub.
Ən dəhşətli vaxtlardan danışan alimlər, həmçinin 1201-ci ili də qeyd ediblər. Həmin il Suriyada Ölü dənizin dibində qırılma xəttinə səbəb olan güclü zəlzələ baş vermişdi. Zəlzələ 1,1 milyon insanın həyatına son qoymuşdu.
Mütəxəssislər 1931-ci ildəki Böyük Çin daşqınını daha bir ciddi fəlakət adlandırıblar, nəticədə 200 minə yaxın adam suda boğularaq ölmüşdü. Qeyd olunur ki, həmin vaxt kataklizm vəba xəstəliyinə səbəb olub və aclıq üzündən insanlar uşaq öldürməyə və hannibalizmə əl atmağa başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0