CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı iş adamı Messinin qonağı olub

© AFP 2023 / BERTRAND GUAYLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Azərbaycanlı iş adamı dünya şöhrətli futbolçu Lionel Messinin qonağı olub. İş adamı bu barədə sosial media hesabında paylaşım edib.
BAKI, 15 aprel — Sputnik. Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, Argentina və PSJ komandasının oyunçusu Lionel Messinin qonağı olub.
Görüş Fransanın paytaxtı Parisdə baş tutub.
A.Əhmədzadə bu barədə sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.
O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışıb.
O həmçinin, 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.
A.Əhmədzadə Azərbaycanım neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0