Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda əhali ayda adambaşı istehlaka 428 manat yönəldib

manat - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq isə qeyri-ərzaq malları alıb
BAKI, 14 aprel — Sputnik. 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq isə qeyri-ərzaq malları alıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycanda əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 910 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlar 311,5 milyon manat, avtomobil benzini və dizel yanacağına 651.7 milyon manat, elektrik malları və mebellərlə isə 581.8 milyon manat xərcləyib.
Xəbər lenti
0