Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kino Agentliyinin təqdim olunacağı vaxt açıqlanıb

© AP Photo / Julio Cortezkinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Nazir bildirib ki, Kino forumunda ölkəmizin kino sahəsi, bugünkü gündəm məsələləri ətrafında müzakirələr olacaq.
BAKI, 7 aprel — Sputnik. 20-21 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçiriləcək kino forumunda Kino Agentliyi təqdim olunacaq.
Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli deyib.
Nazir bildirib ki, Kino forumunda ölkəmizin kino sahəsi, bugünkü gündəm məsələləri ətrafında müzakirələr olacaq.
Xatırladaq ki, ötən ilin aprel ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.
Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Xəbər lenti
0