Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabahın hava proqnozu

© Sputnik / Ilham MustafayevAğstafa rayonunda Qaltan dərəsi
Ağstafa rayonunda Qaltan dərəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir.
BAKI, 5 aprel — Sputnik. Aprelin 6-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
Xəbər lenti
0