Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna Beynəlxalq Legionunun cəmi 1500 üzvü var - KİV

© AP Photo / Vadim GhirdaUkrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgərin gəldiyini bildirmişdi.
BAKI, 25 mart - Sputnik. Ukrayna Beynəlxalq Legionunun hazırda təxminən 1,5 min üzvü var. Bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, əvvəllər Kiyev Ukraynada 20 min muzdlunun olduğunu elan etmişdi.

“Ukrayna rəsmiləri əvvəlcə 20.000 potensial könüllü ilə öyünürdülər, lakin faktiki olaraq, onlardan xeyli az sayda könüllü cəlb edildi. Hazırda təşkilatın 1,5 minə yaxın üzvü var”, - deyə nəşr yazır.

Qəzet həmçinin Legionun daxili sənədlərinə istinadən bildiri ki, hazırda legiona insanların cəlb olunmasında durğunluq yaşanır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynaya 60-dan çox dövlətdən 8000-dən çox muzdlu əsgər gəlib, Kiyev rejiminə bu cür dəstək Qərb ölkələrinin Ukraynada baş verənlərdə iştirakını artırır.
Ukraynada nə baş verir
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0