NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın qaz hasilatı və satışı artıb - CƏDVƏL

© AP Photo / Ariel SchalitQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Cari ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub.
BAKI, 21 mart — Sputnik. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, qazın 2,2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 4,4 milyard kubmetri "Şahdəniz"dən, 1,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.
Xaricə qaz satışı 4,3 milyard kubmetr olub
Hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Cari ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 206 milyard kubmetr, "Şahdəniz"dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixraca nəql edilib.
Neft hasilatı...
2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 3,1 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,7 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 570 milyon ton neft, "Şahdəniz"dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 01 mart 2023-cü il tarixinədək 609 milyon tondan çoxu ixraca nəql edilib.
2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.
Yanvarda 4,2 milyard kubmetr təbii qaz hasil edilib
Xatırladaq ki, 2023-cü ilin yanvarında Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 2,3 milyard kubmetri "Şahdəniz"dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 204,6 milyard kubmetr, "Şahdəniz"dən isə 185 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,4 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
NEFT-QAZ
Çində iqtisadiyyatın canlanacağı gözləntiləri nefti bahalaşdırıb
Xəbər lenti
0