https://sputnik.az/20230315/suriya-danisiqlari-receb-tayyib-erdogan-ve-beser-esed-arasinda-gorus-ne-yerde-qaldi-452678904.html
Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?
Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?
Sputnik Azərbaycan
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T08:25+0400
2023-03-15T08:25+0400
2023-03-15T08:25+0400
suriya
dünya xəbərləri
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426994425_0:135:3157:1911_1920x0_80_0_0_46ef63f466b3ecf6ee60c22ff52a28e0.jpg
BAKI, 15 mart — Sputnik. Martın 15-16-da Moskvada keçiriləcək Suriya üzrə qarşıdakı dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, qonşu ölkədə siyasi proseslərin canlandırılması və konstitusiya komitəsinin iclaslarının davam etdirilməsi məsələlərinə yönəldəcək. Bu barədə çərşənbə axşamı diplomatik mənbələrə istinadən TRT kanalı məlumat yayıb. İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiya Federasiyasını iclasda Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriya xarici işlər nazirinin müavini Əsəd Ayman Susan təmsil edəcəklər. Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq. 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalı, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426994425_214:0:2943:2047_1920x0_80_0_0_da2cd660bd2fb0aca59fea7eff5fa866.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, rusiya
Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.
BAKI, 15 mart — Sputnik. Martın 15-16-da Moskvada keçiriləcək Suriya üzrə qarşıdakı dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, qonşu ölkədə siyasi proseslərin canlandırılması və konstitusiya komitəsinin iclaslarının davam etdirilməsi məsələlərinə yönəldəcək.
Bu barədə çərşənbə axşamı diplomatik mənbələrə istinadən TRT kanalı məlumat yayıb.
İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiya Federasiyasını iclasda Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriya xarici işlər nazirinin müavini Əsəd Ayman Susan təmsil edəcəklər.
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.
2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalı, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir.