DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı etiraz aksiyalarına start verilib

© AFP 2023 / ATTA KENAREВид на Тегеран
Вид на Тегеран - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib və ölkənin digər şəhərlərini də bürüyüb.
BAKI, 5 mart - Sputnik. İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qızların naməlum zəhərli maddə ilə kütləvi zəhərlənməsinə görə etiraz aksiyalarına başlayıblar.
Reuters agentliyinin məlumatına görə, Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib.
Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.
Qeyd edək ki, məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər.
Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.
zəhərlənmə - Sputnik Azərbaycan, 1920, 02.03.2023
DÜNYA XƏBƏRLƏRİ
Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözlənilir
Xəbər lenti
0