SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Dohada BMT-nin Beşinci Konfransının açılış mərasimində iştirak edir

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров
Главы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Səfər çərçivəsində Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
BAKI, 5 mart - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransının (LDC5) açılış mərasimində iştirak edir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransın (LDC5) beynəlxalq yardıma ən çox ehtiyac duyulan yerlərdə davamlı inkişafı sürətləndirmək üçün bir fürsətdir”, - XİN-dən bildirilib.
***
4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Doha Konfransının beş günü ərzində dünya liderləri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri, parlamentarilər və gənclər Doha Fəaliyyət Gündəliyi çərçivəsində razılaşdırılmış öhdəliklərin icrasının sürətləndirilməsi ilə bağlı yeni ideyaları müzakirə edəcəklər.
Konfransda LDC-ə xas problemlərlə bağlı konkret təşəbbüslər, eləcə də məqsədyönlü nəticələrin inkişaf etdirilməsi gözlənilir. Konfransda plenar iclaslar, paralel yüksək səviyyəli tematik dəyirmi masalar və Doha Fəaliyyət Gündəliyinin müxtəlif tematik prioritetləri ətrafında bir sıra tədbirlər keçiriləcək.
5 mart 2023-cü il tarixində sessiyanın açılışından sonra LDC Qrupunun yaradılmasının 50 illiyi ilə bağlı anım tədbiri keçiriləcək.
Xəbər lenti
0