CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluq Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı araşdırmaya başlayıb

© Photo : Facebook / Hacı Şahin HəsənliHacı Şahin Həsənli
Hacı Şahin Həsənli - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri idi.
BAKI, 2 mart - Sputnik. 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.
***
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - din xadiminin səhifəsində bildirilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Xəbər lenti
0