CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Dövlət Komitəsinə müraciət edib

© AFP 2023 / WAKIL KOHSARDizi üstündə dayanan oğlan
Dizi üstündə dayanan oğlan - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Taliya İbrahimova bildirib ki, ötən il uşaqlarla bağlı 81 müraciət alıblar. Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib.
BAKI, 22 fevral — Sputnik. 2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər.
Bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova "Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" adlı konfransda deyib.
O bildirib ki, ötən il uşaqlarla bağlı 81 müraciət alıblar: "Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər".
Xəbər lenti
0