CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağcabədidə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb

© Sputnik / Zulfiyya GuluyevaƏtin satışı
Ətin satışı - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
Mənşəyi məlum olmayan ətə keçirilən orqanoleptik baxış zamanı ətin rənginin dəyişkənliyi, qoxusu, eyni zamanda sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan həyətyanı sahədə kəsildiyi müəyyən edilib.
BAKI, 21 fevral — Sputnik. Ağcabədidə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, daxil olan məlumat əsasında AQTA müfəttişləri Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Ağcabədi rayonu, Aşağı Avşar kənd sakini, fiziki şəxs Hüseynov Fuad Tahir oğluna məxsus evin həyətyanı sahəsinə keçirdiyi baxış zamanı sandıq tipli soyuducuda mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi hissələri, digər sahələrdə isə heyvan sümüklərinin olduğu müəyyən edilib.
Mənşəyi məlum olmayan ətə keçirilən orqanoleptik baxış zamanı ətin rənginin dəyişkənliyi, qoxusu, eyni zamanda sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan həyətyanı sahədə kəsildiyi müəyyən edilib. İnsan istehlakı üçün yararsız olduğu müəyyən olunan ət saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.
Xəbər lenti
0