Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST-dən növbəti epidemiya xəbərdarlığı

© AFP 2023 / FABRICE COFFRINIÜST-ün binası
ÜST-ün binası - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
ÜST mövcud vəziyyəti, epidemiyaların sayının artmasını, onların coğrafi genişlənməsini, həmçinin peyvəndlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, riski dünya səviyyəsində "çox yüksək" qiymətləndirib.
BAKI, 13 fevral - Sputnik. ÜST qeyd edib ki, vəba xəstəliyinin yeni halları barədə dünyada 18 dövlətdən məlumatlar yayılmağa davam edib və proqnozlara görə, yaxın aylarda bu ölkələrin sayının artacağı proqnozlaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vəba xəstəliyinin yayılma riskini "çox yüksək" kimi qiymətləndirib. Bu barədə ÜST-ün bəyanatında deyilir.
ÜST qeyd edib ki, fevralın 1-nə olan məlumata görə, dünyada 18 dövlətdən vəba xəstəliyinin yeni halları barədə məlumatlar yayılmağa davam edib və proqnozlara əsasən yaxın aylarda belə ölkələrin sayı daha çox ola bilər.
"2022-ci il dekabrın 16-dan, dünyada vəba ilə bağlı ilk icmal dərc edildikdən sonra qlobal vəziyyət daha da pisləşib", - ÜST bildirib.
ÜST mövcud vəziyyəti, o cümlədən epidemiyaların sayının artmasını və onların coğrafi genişlənməsini, həmçinin peyvəndlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, riski dünya səviyyəsində "çox yüksək" kimi qiymətləndirir.
Təşkilat xüsusilə Afrika ölkələrində vəba ilə bağlı yüksək ölüm hallarından narahatdır.
ÜST xatırladıb ki, son iki əsrdə dünyada yeddi vəba pandemiyası qeydə alınıb. Sonuncunun 1961-ci ildə başladığı güman edilir. Ekspert hesablamalarına görə, dünyada hər il təxminən 2,9 milyon insan vəba xəstəliyinə yoluxur və onlardan 95 mini ölümlə nəticələnir.
Xəbər lenti
0