DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dövlət Komitəsi: Malatyadakı tələbələri tapa bilmirlər

© AP Photo / Hussein MallaTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmur.
BAKI, 13 fevral — Sputnik. "Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:
"Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur".
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmur.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.02.2023
CƏMİYYƏT
Türkiyədə zəlzələdə xəsarət alan uşaqlar Bakıya gətirildi
Xəbər lenti
0