Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli ulduzlar zəzələ qurbanları üçün birləşdilər

© AP Photo / Emrah GurelTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Modellər İrina Şeyk, Cici Hadid, Kendal Cenner, Bella Hadid, sosial media hesablarında Türkiyəyə və Suriyaya yardım istəyiblər.
BAKI, 10 fevral — Sputnik. Dünyanın bir çox ölkələrində, xüsusən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dünyanın məşhur simaları da yardım üçün səfərbər olublar. Onlardan bir çoxu zəlzələdə dağıntılar altında qalan, yaxud da soyuqda köməksiz olan vətəndaşlara yardım üçün ianələr ediblər.
Bununla bağlı türk müğənni Haluk Levent status paylaşıb. O, yardım üçün pul bağışlayan tanınmışların siyahısını təqdim edib. Levent bildirib ki, müğənnilər Edis 400 min lirə (37 min manat), İrem Derici 150 min lirə (14 min manat), Mustafa Ceceli 200 min lirə (18 min manat), aktyorlar Aras Bulut İynemli 200 min lirə (18 min manat), Kıvanç Tatlıtuğ 200 min lirə (18 min manat), Burak Deniz 150 min lirə (14 min manat), Celil Nalçakan 100 min lirə (9 min manat), futbolçular Cengiz Ünder 50 min avro (92 min manat), Çağlar Söyüncü 50 min avro (92 min manat), Mert Hakan 200 min lirə (18 min manat), Merih Demiral 1 milyon lirə (90 min manat) və TikTok Türkiyə 100 min dollar (170 min manat) "Sadaktsiz"in ulduzu Melis Sezen 200 min, aktyor Sarp Apak 100 min, Gülben Ergen 150 min bağışlayıb.
Türk müğənni Hadise də zəlzələ bölgəsinə yardım göndərib. Sənətçi 500 min türk lirəsi (45 min manat) ianə edib. Bundan əlavə, pop ulduz ərazidəki xilasetmə işləri sona çatdıqdan sonra həmin yerlərə yola düşüb, orada uşaqlarla vaxt keçirəcək.
Baş verən fəlakətdən sonra Bülent Ersoy da yardım kampaniyasına qoşulanlardan olub. Sənətçi zərərçəkənlər üçün 1 milyon lirə (təxmini 90 min manat) ianə bağışlayıb. O, həmçinin zəlzələ bölgəsinə beş inşaat maşını da göndərib.
Məşhur cütlük Sıla Gençoğlu və İlker Kaleli də zəlzələdən əziyyət çəkənlərə yardım əlini uzadanlardan olub. Onlar zərərçəkən 3 uşağın təhsil xərclərini öz üzərinə götürüb.
Müğənni Ebru Gündeşin iraqlı sevgilisi Raşşan Xoşnavın da zəlzələ qurbanlarına ianə bağışladığı ortaya çıxıb. Xoşnav "AHBAP" dərnəyinə 8 milyon lirəyə yaxın (təxmini 722 min manat) pul yardımı edib. Qeyd edək ki, Ebru da zərərçəkənlər üçün 500 min lirə (təxmini 45 min manat) köməklik etmişdi.
Türkiyəli aktrisa Burcu Biricik də zəlzələdən zərər görənlərə yardım üçün səfərbər olub. O, göndəriləcək geyim və ərzaq məhsullarını ayırdı edənlərlə birgə işləməyə başlayıb. Kenan İmirzalıoğlu, Oktay Kaynarca, Kıvanç Tatlıtuğ, Özge Özpirinçci, İrem Helvacıoğlu, Mert Fırat və Kıvanç Kasabalı da yardım edənlər sırasındadır.
Bundan başqa, influenser Danla Biliç 250 min, futbolçu Cenk Tosun və həyat yoldaşı Ece 600 min, futbolçu Ozan Tufan və həyat yoldaşı Rojin 800 min, futbolçu Nuri Şahin 1 milyon, aktyor İbrahim Büyükak 200 min, aparıcı Hasan Can Kaya 250 min, müğənni Murat Boz 500 min lirə yardım edib. Bundan başqa, Gökçe Bahadırla həyat yoldaşı Emir Emirsoy 100 min lirə, Ziynet Sali 100 min lirə, reper Sefo 200 min lirə və futbolçu Hakan Çalhanoğlu 1 milyon lirə pul verib. Hülya Avşar 250 min lirə, Can Yaman 250 min lirə bağışlayıb.
Etdiyi yardımları gizli tutmağı seçən Tarkanın zəlzələnin ilk günü faciə qurbanlarına ianə bağışladığı ortaya çıxıb. Meqa starın nə ianə bağışladığı isə sirr olaraq saxlanılıb.
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva da zəlzələdən zərərçəkənlərə yardım əli uzatmaq istəyir. Bu barədə o, sosial media hesabında status paylaşıb. Günay deyib ki, zəlzələ bölgəsində evi zərər görən bir ailəyə köməklik göstərəcək: "Evi zərər görən, evsiz qalan bir ailənin yerləşə biləcəyi yeni bir mənzilin bir illik kirayəsini öhdəliyimə götürmək istəyirəm. Tanıdığınız, bildiyiniz, eşitdiyiniz ehtiyac sahiblərinə çatdırmağınız diləyilə".
Türkiyədə yaşayan Nahidə Babaşlı isə zəlzələdən zərər çəkən heyvanlara sahiblənmək üçün müraciət etmək istəyir: "Onlar da canlıdır. Mən hazırda bir uşağa sahiblənəcək məsuliyyətdə bir insan deyiləm, amma bir heyvana yuva ola bilərəm. Fikirləşirəm ki, hər kəs əlindən gələni etməlidir".
Dünyaca məşhurlar da Türkiyə və Suriya ilə bağlı paylaşımlar edib.
Müğənnilər Cennifer Lopez, Billi Ayliş, Dua Lipa, Demi Lavato, Kamila Kabello, aktyorlar Pedro Alonso, Hanter Dohan, Hero Tiffin, Ceyson Mamoa, Omar Rudberq, aktrisalar Dakota Conson, Madelin Klayn, Natali Portman, modellər İrina Şeyk, Cici Hadid, Kendal Cenner, Bella Hadid, sosial media hesablarında Türkiyəyə və Suriyaya yardım istəyiblər. Paylaşım edənlər sırasında Lyus Hemilton, Kayli Cenner, Heyli Biber, kimi məşhurlar da var.
"365 gün" filminin baş qəhrəmanı Mikele Morrone, "Elite" serialının ulduzu Aron Piper, "La casa de papel"in Tokyosu Ursula Korbero, "Stranger Things"in baş qəhrəmanı Noah Şnap Türkiyəyə dəstək istəyib. Onlar sosial medai hesablarında kədərləndiklərini, zəlzələdən zərər görənlərə yardım edilməsini təklif edib. Eyni zamanda, bir sıra "Netflix" ulduzu Türkiyədə baş verən dəhşətli zəlzələylə bağlı paylaşım edib.
Bu təbii fəlakətə biganə qala bilməyənlər və ianə aksiyalarına start verənlər arasında Billi Ayliş, Kamilo Kabello, Natali Portman, Lüis Hemilton və Pedro Alonso kimi məşhurların adı çəkilir. Kriştiano Ronaldo da Türk xalqına dəstək olacağını açıqlayıb.
Hollivud ulduzu Antonio Banderas özünün sosial media səhifəsində "bütün dəstəyim sizinlədir. Tezliklə bu faciəni geridə qoymağınızı arzu edirəm" yazıb.
Xəbər lenti
0