Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan ilə Dünya Bankı arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib - FOTO

© AFP 2023 / Brendan SMIALOWSKIDünya Bankı
Dünya Bankı  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib
BAKI, 8 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
© Photo : Ministry of Economy (Azerbaijan) Dünya Bankı ilə yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb
Dünya Bankı ilə yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Dünya Bankı ilə yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb
İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və s. sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.
Vurğulanıb ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində davamlı iqtisadi yüksəlişə, "yaşıl" və "ağıllı" konsepsiyaların tətbiqinə xüsusi önəm verilir. Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar.
Xatırladaq ki, Dünya Bankı - inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədi ilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Öz inkişafı prosesində Dünya Bankı müxtəlif struktur dəyişikliklərə məruz qalmışdır, buna görə də müxtəlif mərhələlərdə Dünya Bankı termini altında müxtəlif təşkilatlar başa düşülürdü. Əvvəlcə Dünya Bankı İkinci Dünya müharibəsindən sonra Qərbi Avropaya və Yaponiyaya bərpa edilmək üçün maliyyə dəstəyini həyata keçirən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələndirilirdi. Sonra 1960-cı ildə bu bankın siyasəti ilə bağlı olan funksiyalarının bir hissəsini öz üzərinə götürmüş Beynəlxalq İnkişaf Assosiasiyası yaradıldı. Hal-hazırda faktiki olaraq Dünya Bankı adı altında iki təşkilat başa düşülür:
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq İnkişaf Assosiasiyası.
Müxtəlif vaxtlarda, Dünya Bankının vəzifələrinin həyata keçirilməsi üçün daha üç təşkilat onlara qoşulmuşdur:
Beynəlxalq Maliyyə Korporasiyası
İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik
İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz.
Xəbər lenti
0