DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin zəlzələ bölgəsində qaz kəmərində partlayış baş verib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Partlayış
Partlayış - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Topboğazı kəndindən 200 metr aralı yerləşən 3 kilometr kilometr uzunluğunda boru kəmərində iki fərqli nöqtədə partlayışın ardından yanğın olub.
BAKI, 6 fevral — Sputnik. Türkiyənin Hatay əyalətinin Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz kəmərində partlayışdan sonra yanğın baş verib.
Bu barədə Topboğazı kəndi icra nümayəndəsi Bilal Alpdoğan bildirib.
Onun sözlərinə görə, Kahramaraşda baş verən 7,4 bal gücündən zəlzələ nəticəsində Topboğazı kəndindən 200 metr aralı yerləşən 3 kilometr kilometr uzunluğunda boru kəmərində iki fərqli nöqtədə partlayışın ardından yanğın olub.
Bildirilib ki, Türkiyənin BOTAŞ şirkətinin rəsmiəri hadisə yerinə gedib.
Qeyd edək ki, Türkiyədə Bakı vaxtı ilə bu gün saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
FOTO
Türkiyədə 7.4 bal gücündə zəlzələ olub: Çox sayda ölən və yaralananlar var
Xəbər lenti
0