CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı tələbələr Malatyada dağıntılar altından çıxarılıblar - foto

© IHA agency via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar da cavab veriblər.
BAKI, 6 fevral - Sputnik. Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
CƏMİYYƏT
Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıblar - Fotolar
Xəbər lenti
0