DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: Norveç və Finlandiya “Quran"ın yandırılmasına icazə verməyib

© AFP 2023 / ADEM ALTANMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2023
Abunə olmaq
Çavuşoğlu, müqəddəs kitabların yandırılmasının cinayət olduğunu, ifadə azadlığı ilə əlaqəsinin olmadığını vurğulayıb.
BAKI, 4 fevral - Sputnik. Norveç və Finlandiya “Qurani-Kərim”in yandırılmasına icazə verməyib.
APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Norveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu aksiyanın ləğv edildiyini bildirib.
Bundan əlavə, Finlandiya xarici işləri naziri də türkiyəli həmkarına bu cür addımın atılmasına ölkəsi ərazisində icazənin verilməyəcəyini söyləyib.
Çavuşoğlu, müqəddəs kitabların yandırılmasının cinayət olduğunu, ifadə azadlığı ilə əlaqəsinin olmadığını vurğulayıb.
Xəbər lenti
0