CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX Xəzər sularında üzən marixuana bağlamasını aşkar edib

© AFP 2023 / PERUVIAN MINISTRY OF THE INTERIORnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Xəzər dənizinin Azərbaycana mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
BAKI, 14 may — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçuları Xəzər dənizinin Azərbaycana mənsub sularında narkotik vasitə aşkar ediblər.
Bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycana mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram olan narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
03.02.23, 23:03
Xəzər dənizində 12 kq-dan artıq narkotik aşkarlanıb
Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilib.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0