Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda kredit faizləri yenidən artacaq?

© AFP 2023 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Deputat bildirib ki, bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalması baş verməsin.
BAKI, 2 fevral — Sputnik. Millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin artırılmasının kredit faizlərinə təsirini və depozitlərə verginin tətbiq edilməsini şərh edib.
İqtisadçı deputat bildirib ki, Azərbaycanda kredit faizləri yenidən arta bilər: "Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalması baş verməsin".
Deputat bildirib ki, Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir.
"Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir", - deyə Vüqar Bayramov qeyd edib.
Deputat qeyd edib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. "Vergi Məcəlləsi"nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı.
"Qeyd edim ki, Milli Məclisin son plenar iclasında güzəşt müddətinin daha 1 il uzadılması və yeni mexanizmin hazırlanması təklifi ilə çıxış etdim", - deyə millət vəkili əlavə edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb.
Xəbər lenti
0