https://sputnik.az/20230123/heyder-eliyev-ili-cercivesinde-yeni-layiheye-start-verilir-450949579.html
"Heydər Əliyev ili" çərçivəsində yeni layihəyə start verilir
"Heydər Əliyev ili" çərçivəsində yeni layihəyə start verilir
Sputnik Azərbaycan
İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və... 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T16:30+0400
2023-01-23T16:30+0400
2023-01-23T16:54+0400
heydər əliyev
heydər əliyev ili
tədbir
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1125_1920x0_80_0_0_9e3315b0538d0035ffe0f3f3e4501705.jpg
BAKI, 23 yanvar — Sputnik. "Heydər Əliyev ili" çərçivəsində yeni layihələrə start verilir. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı "Mədəniyyətə bağlı ömür" layihəsinə start verir. İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar. Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcək. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1501_1920x0_80_0_0_2392cac7c9c81b8a671244ed65782030.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
heydər əliyev, tədbir, prezident ilham əliyev
heydər əliyev, tədbir, prezident ilham əliyev
"Heydər Əliyev ili" çərçivəsində yeni layihəyə start verilir
16:30 23.01.2023 (Yenilənib: 16:54 23.01.2023) İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar
BAKI, 23 yanvar — Sputnik. "Heydər Əliyev ili" çərçivəsində yeni layihələrə start verilir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı "Mədəniyyətə bağlı ömür" layihəsinə start verir. İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.
Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.