DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT-in təhlükəsizlik konsepsiyası ölkələrin rahat yanaşı yaşamasında mühüm amilə çevrilib

© Photo : Фотохост-агентство sco-russia2020.ru / Mediabanka keçidŞƏT
ŞƏT - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
ŞƏT-in baş katibi Çjan Min "RİA Novosti"yə müsahibəsində bildirib ki, böyük ŞƏT ailəsinin üzvü olan dövlətlər bir-biri ilə birgə yaşamaqda nisbətən yüksək dərəcədə rahatlığa sahibdirlər.
BAKI, 5 yanvar — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik konsepsiyası onun ölkələrinin rahat yanaşı yaşaması üçün mühüm amilə çevrilib.
Bunu ŞƏT-in baş katibi Çjan Min "RİA Novosti"yə müsahibəsində bildirib.
"Bunda ŞƏT-in müəyyən xidmətləri olduğunu söyləmək əvəzinə, böyük ŞƏT ailəsinin üzvü olan dövlətlərin bir-biri ilə birgə yaşamaqda nisbətən yüksək dərəcədə rahatlığa sahib olduqlarını söyləmək daha yaxşıdır", - deyə "demək olarmı ki, ŞƏT ölkələri öz xarici siyasətini və beynəlxalq məsələlərdə mövqeyini müəyyənləşdirməkdə Avropa ölkələrindən daha müstəqildir və bunda təşkilatın xidmətləri varmı?" sualına cavab verən Çjan Min bildirib.
Onun sözlərinə görə, "bu rahatlıq dərəcəsi əsasən iki amillə bağlıdır. Bunlardan biri, əslində multilateralizm ideyası olan və dövlətlərarası münasibətlərin bərabərlik, qarşılıqlı hörmət, bir-birinin mənafeyini və maraqlarını nəzərə alma prinsipləri əsasında qurulmasını, üstəlik, qarşılıqlı faydalı əməkdaşlıq və daxili işlərə qarışmama zəruriliyini müdafiə edən "Şanxay ruhudur".
"İkinci amil - ŞƏT-in təhlükəsizlik konsepsiyasıdır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər uzun illər davam edən əməkdaşlıq əsasında bərabərhüquqlu, ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyası formalaşdırıblar", - deyə Çjan Min vurğulayıb.
Xəbər lenti
0