CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tər testi" nədir?

© pixabay / un-perfektTərləyən insan
Tərləyən insan - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
"Kisti-fibroz" xəstəliyinin erkən aşkarlanması məqsədilə və müalicəyə daha tez başlamaq üçün ehtiyac olduğu halda uşaqlardan tər testi nümunələri götürülür.
BAKI, 4 yanvar — Sputnik. Cari ilin may ayından etibaran, yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 6400-ə yaxın uşaq testlərə cəlb olunub.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İcraçı Direktor müavini Araz Nəsirov deyib.
Onun sözlərinə görə, testlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində götürülüb. Uşaqlardan götürülən testlər arasında "tər test"i də var.
CC0 / Fernando Zhiminaicela / MicroscopeLaboratoriya, arxiv şəkli
Лаборатория - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Laboratoriya, arxiv şəkli
Maraqlıdır, "tər testi" nədir və nə zaman bu analizə ehtiyac olur?
Pediatr Rəna Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. Həkim bildirib ki, yeni doğulan körpələrdən öncə "daban testi" götürülür:

"Bu testin analizinə əsasən "Sistik Fibroz" xəstəliyi ilə bağlı şübhə olarsa, o zaman bu uşaqlardan "tər testi" alınır. Tər nümunəsində natriumun səviyyəsi öyrənilir. Natriumun səviyyəsinini yüksək olması o deməkdir ki, uşaqda bu xəstəlik var".

Mütəxəssis bildirib ki, xəstəliyin erkən aşkarlanması məqsədilə və müalicəyə daha tez başlamaq üçün ehtiyac olduğu halda uşaqlardan tər testi nümunələri götürülür:
"Bu müayinə nəticəsində uşaqlar arasında əlillik, ağırlaşma hallarının qarşısını almaq mümkündür", - deyə o əlavə edib.
Qeyd edək ki, "Sistik Fibroz" irsi yolla keçən metabolik xəstəlikdir. Onun əsas simptomlarına uşaqlıq dövründə keçirilən kəskin ağciyər xəstəlikləri və xroniki steatoreyaya səbəb olan mədəaltı vəzinin ekzokrin çatışmazlığı aid edilir.
Bu xəstəlik Qafqaz əhalisi arasında ən geniş yayılmiş irsi metabolik xəstəlik hesab olunur
Dünyada bu xəstəliyin yayılma tezliyi 2 500 yenidoğulmuşdan 1-dən (Böyük Britaniya) 20 000 yenidoğulmuşdan 1-nə kimi dəyişir.
Elmi-Tədqiqat Pediatriya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna caavab olaraq bildirilib ki, "Sistik Fibroz" xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir:
"Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salgı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır".
Qeyd olunur ki, "Tər-testi" bronx-ağciyər patalogiyaları olan, uzun müddət öskürən ,mədə bağırsaq sistemində pozğunluq olan və inkişafı zəif gedən (çəki artımı olmayan) uşaqlardan götürülür:

"Xəstədə sadalanan əlamətlərdən hər hansı biri varsa, hökmən tər-testi götürmək lazımdır. Bunu yalnız həkim qərarı ilə, kliniki olaraq baxılır, oxşar əlamətlər varsa analizlər toplanılır, ailə haqqında məlumat toplanılır və sonra tər testi götürülür".

Maraqlıdır, “Sistik Fibroz” xəstəliyindən başqa, "tər testi" ilə başqa hansısa xəstəlikləri aşkarlamaq mümkündürmü?
İnstitututdan verilən məlumatda bildirlib ki, bu test yalnız "Sistik Fibroz" xəstəliyi üçün nəzərdə tutulan müayinə üsuludur.
Qeyd edək ki, dövlət xəstəxanalardından yalnız K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Uşaq Klinik Xəstəxanasında tər testi vermək mümkündür. "Tər testi" analizi Xidmətlər Zərfinə daxildir və ödənişsizdir.
Xatırladaq ki, ötən ilin aprel ayından ilin sonuna qədər uşaqlar arasında Xidmətlər Zərfi çərçivəsində 404 tər testi aparılıb.
Xəbər lenti
0