Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldonun “Əl-Nəsr” klubunun futbolçusu kimi təqdimatı yanvarın 3-də baş tutacaq

© AP Photo / Armando FrancaKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 02.01.2023
Abunə olmaq
Qətərdə keçirilən dünya çempionatı zamanı Ronaldo “Mançester Yunayted”lə müqaviləsini pozub.
BAKI, 2 yanvar - Sputnik. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni üzvü, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yanvarın 3-də Ər-Riyaddakı Mrsul Park stadionunda ictimaiyyətə təqdim olunacaq.
"Əl-Nəsr" dekabrın 30-da Ronaldonun transferini açıqlayıb, müqavilə 2025-ci ilin iyununa qədər imzalanıb. 37 yaşlı futbolçu 7 nömrə altında çıxış edəcək.
Bildirilir ki, “dünyanın ən böyük oyunçusu”nun təqdimatı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ronaldo "Qızıl top"un beşqat qalibidir. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarının şərəfini qoruyub. Beş dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İngiltərə çempionu, iki dəfə İspaniya və İtaliya çempionu olub. Ronaldo Portuqaliya ilə Avropa Çempionatını (2016) və Millətlər Liqasını (2018/19) qazanıb.
Portuqaliya yığmasının 1/4 finala yüksəldiyi Qətərdə keçirilən dünya çempionatı zamanı Ronaldo “Mançester Yunayted”lə müqaviləsini pozub.
Xəbər lenti
0