Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İordaniyanın qərarını Rusiyanın maraqlarına zidd hesab etmirik - Rusiya XİN

© AFP 2023 / DIMITAR DILKOFFRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir.
BAKI, 19 dekabr — Sputnik. Moskva İordaniyanın Rusiya aviaşirkətlərinin hava məkanından istifadəsinə məhdudiyyətlər tətbiq etmək qərarını siyasi motivli və Rusiyanın maraqlarına zidd hesab etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, İordaniya aviasiya idarəsi Avropa Komissiyasının təzyiqi ilə məhdudiyyətlər qoyub. Bu səbəbdən Rusiyadan Misir kurortlarına və geriyə turist daşıyan bəzi yerli aviaşirkətlər uçuşları təxirə salmağa və alternativ uçuş marşrutları qurmağa məcbur olurlar.
"Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya Xarici İşlər Nazirliyi bu problemin həlli üçün fəal səylər göstərir. Eyni zamanda, biz İordaniyanın Rusiyaya dost dövlət olmasından çıxış edirik və Əmmanda qəbul edilən qərarı siyasi motivli və ölkəmizin maraqlarına qarşı yönəlmiş hesab etmirik.", - Zaxarova bildirib.
Moskva yerli təyyarələrin təhlükəsizliyi ilə bağlı tərəfdaşlar arasında yaranan narahatlığı aradan qaldırmağı gözləyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, onlarda İordaniyanın hava məkanından tranzit uçuşlar üçün bütün lazımi sənədlər, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq verilmiş sığorta sənədləri var.
Xəbər lenti
0