Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beynəlxalq “Jara” festivalı Bakıya qayıdır

© Sputnik / Murad OrujovEmin Ağalarov
Emin Ağalarov - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında keçirdiyi konserdə paytaxt sakinlərinə “Jara” festivalının bu il doğma Bakıya qayıdacağını bildirib.
BAKI, 17 dekabr - Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında keçirdiyi ilin yekunlarına dair konsertində bildirib ki, Beynəlxalq “Jara” festivalı Bakıya qayıdır.
Müğənni layihənin dəqiq tarixlərini gizli saxlayıb.
Qeyd edək ki, “Jara” bu il də ilk dəfə olaraq Özbəkistanda müxtəlif ölkələrin ulduzlarının iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, festival 2016-cı ildən Bakıda Emin Ağalarova məxsus "Sea Breeze Resort"da keçirilir.
"Jara"nın təşkilatçısı məşhur ifaçı və iş adamı tərəfindən qurulan "JARA TV" musiqi kanalıdır.
Festival sonuncu dəfə Azərbaycan paytaxtında 2018-ci ildə təşkil olunub.
2021-ci ildə layihə koronavirus pandemiyası səbəbindən ilk dəfə Moskvada tamaşaçısız keçirilib.
Xəbər lenti
0