https://sputnik.az/20221216/siyezende-bas-vermis-facie-ile-bagli-cinayet-isi-baslanilib-449684910.html
Siyəzəndə baş vermiş faciə ilə bağlı cinayət işi başlanılıb
Siyəzəndə baş vermiş faciə ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin... 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T10:29+0400
2022-12-16T10:29+0400
2022-12-16T10:29+0400
qəza
cəmiyyət
siyəzən
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_0:0:3201:1802_1920x0_80_0_0_ebd02d6019374961fed9e3c06b45b19e.jpg
BAKI, 16 dekabr — Sputnik. Siyəzən rayonunda 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq aparılır. Qeyd edək ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Nəticədə "Mercedes-Benz Viano"nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_470:0:3201:2048_1920x0_80_0_0_8b2e67879681c69cba7560e6d0b5ba21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
qəza, siyəzən
Siyəzəndə baş vermiş faciə ilə bağlı cinayət işi başlanılıb
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
BAKI, 16 dekabr — Sputnik. Siyəzən rayonunda 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Hazırda istintaq aparılır.
Qeyd edək ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə "Mercedes-Benz Viano"nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.