SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında sülhü təşviqi üçün fürsət görür

© AFP 2023 / NICHOLAS KAMMГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
BAKI, 14 dekabr - Sputnik. ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə vermək üçün özünəməxsus fürsət görür.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Konqres Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Cənubi Qafqaz kontekstində biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək üçün unikal imkan var”, - o deyib.
Dövlət katibinin köməkçisi həmçinin Rusiyanın sülhün nizamlanmasındakı roluna işarə edərək bildirib ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Xəbər lenti
0