Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabirabaddda qaz balonu partlayıb, ər-arvad yanıq xəsarətləri alıb

© Sputnik / Ilham MustafaTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
BAKI, 2 dekabr - Sputnik. Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0