Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan ilə Əlcəzair enerji sahəsində əməkdaşlığı gücləndirir - FOTO

© Photo : Ministry of Energy of AzerbaijanEnergetika naziri Əlcəzairin Baş naziri ilə görüşüb
Energetika naziri Əlcəzairin Baş naziri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Energetika naziri Pərviz Şahbazovla Əlcəzairin Baş naziri arasında keçirilən görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 30 noyabr — Sputnik. Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymen Benəbderəhman energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
Energetika Nazirliyindən bildirilib ki, Əlcəzairin Baş naziri Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
Energetika naziri Pərviz Şahbazov Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqətin yetirildiyini vurğulayıb: "Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir".
Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.
Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov noyabrın 28-də Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb. Görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin "Sonatrach" və "Sonelgaz "şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.
Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında oxşarlıqların, neft sahəsində tarixən mövcud əlaqələrin enerji sahəsində əməkdaşlığın yeni mərhələdə inkişafı üçün platforma olduğu qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm qaz təchizatçıları olan Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün enerji sahəsində geniş potensial var: "Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır".
Görüşdə Azərbaycanla Əlcəzairin qlobal neft bazarının balanslaşdırılması məqsədilə "OPEC plus" formatında uğurlu əməkdaşlığından bəhs edilib. Hər iki ölkənin neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə həyata keçirdiyi fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin Azeri Light və digər xam neft növlərinin tədarükü, "yaşıl enerji" (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft - qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov və "Neftqazelmitədqiqatlayihə" İstitutunun direktoru Fəxrəddin İsmayılov da iştirak edir.
Xəbər lenti
0