Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qırxa yaxın məktəbdə istilik problemi aşkarlanıb

© AFP 2023 / INA FASSBENDERSinif otağı, arxiv şəkli
Sinif otağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.
BAKI, 15 noyabr — Sputnik. Mövsümdən öncə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Bununla bağlı aidiyyatı qürumlara müvafiq məlumat verilib.
Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
O qeyd edib ki, hazırda 191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb. "Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.
Qeyd edək ki, ümumilikdə ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8%-i "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxanalar vasitəsilə həyata keçirilir.
Qurum tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı işlərin icrası başa çatdırılıb
Qışa hazırlıq tədbirlər Planı çərçivəsində 1002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 12,7 km istilik xətləri əsaslı təmir olunub, 1280 ədəd odluq, 397 dəst istilik mübadilə aparatları, 3026 ədəd nasos, 15486 ədəd müxtəlif diametrli siyirtmələr, 3179 ədəd mühərrik, 538 ədəd elektrik, 538 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1214 ədəd genişləndirici çən, 1862 ədəd qoruyucu klapan və 2341 ədəd əks klapan, 9150 ədəd ventil, 607 ədəd ehtiyat su çəni, 538 ədəd qaz təsərrüfatına aid avadanlıq və qurğular təftiş olunub.
1348 ədəd dirsək, 250 ədəd siyirtmə, 316 ədəd ventil, 9 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 15 ədəd nasos, 190 ədəd siyirtmə, 28 ədəd mühərrik əsaslı təmir edilib; 780 ədəd qazan aqreqatı, 1474 ədəd nasos, 8715 ədəd siyirtmə, 1624 ədəd mühərrik cari təmir edilib, 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş yaxud 100% işlər icra edilib, həmçinin 94 ədəd qazan aqreqatı və 64 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.
İstilik xətlərində 4854,09 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 475,8 m2 izolyasiya örtüyü bərpa edilib; 632 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və digər zəruri işlər görülüb.
ASC-yə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verəcək.
Xatırladaq ki, əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb. Belə ki, ASC-yə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3,9 dəfə, məktəblərin sayı 146-dan 287-ə çataraq 2,0 dəfə, uşaq bağçalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-ə çataraq 2,5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çataraq 24,4 dəfə artım əldə olunub.
"Azəristiliktəchizat" azad edilən ərazilərin enerji infrastrukturunun bərpasında iştirak edir
İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması üçün "Azəristiliktəchizat" ASC də Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.
İlham Mirzəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Energetika Nazirliyi və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat"a həvalə edilib".
"Azəristiliktəchizat"a ödənilməyən borcun məbləği açıqlanıb
Cari ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3% təşkil edib. İ.Mirzəliyev bildirib ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilən çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. 1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur.
Xəbər lenti
0