Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ağalıya növbəti köç nə vaxt olacaq?

© AFP 2023 / Tofik BABAYEVAğalı
Ağalı - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
Vahid hacıyev bildirib ki, bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək.
BAKI, 10 noyabr — Sputnik. "Bu ilin sonuna qədər daha bir qrup ailənin də Ağalıya köçürülməsini planlaşdırırıq". Bunu APA-ya müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, statistikaya görə, 1 508 nəfər Ağalı sakini Azərbaycanın müxtəlif regionlarında yaşayır:
"Onlardan, ən azı, 1 350 nəfəri qayıtmaq niyyətlərini bildiriblər. Ağalı kəndində birinci mərhələdə 200 evin inşası planlaşdırılıb. Bunlar yekunlaşandan sonra yeni evlər tikildikcə biz yenə də həmin insanların Ağalıya qayıdışını təmin edirik. Məsələn, 200 ev inşa olunub və əlavə 10 ev də tikilirsə, biz həmin 10 evə də sakinləri köçürürük. Bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək".
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Ağalı kəndində ilk ailə təsərrüfatları
Ağalı kəndində ilk ailə təsərrüfatları - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Ağalı kəndində ilk ailə təsərrüfatları
Hazırda Ağalı kəndində yaşayan Namil Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Yeni il ərəfəsi Ağalıya növbəti köç gözlənilir.
Kənd sakini qardaşının ailəsinin də növbəti köç zamanı Ağalıya yerləşəcəyini bildirib.
N.Orucov qeyd edib ki, hazırda ata-anası Ağalıda yaşayır. Onlar öz ata-baba ocaqlarına, doğma yurda qayıtmağın sevincini yaşayırlar. N.Orucov üç övladının da Ağalı kənd məktəbində təhsil aldığını söylədi.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olunub.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci "Ağıllı kənd" pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib. Ağalı kəndinin heç bir il keçmədən "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasına başlanılıb.
Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq.
Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir.
"Ağıllı kənd təsərrüfatı" özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir.
© Photo : State Committee For Affairs Of Refugees and Internally Displaced Persons Of The Republic Of AzerbaijanAğalı kəndinə köç
Ağalı kəndinə köç - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Ağalı kəndinə köç
"Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.
Prezidentin azad edilmiş ərazilərdə kəndlərin "Ağıllı kənd" konsepsiyası əsasında qurulması təşəbbüsü yerli sakinlər tərəfindən də müsbət qarşılanır.
"Ağıllı kənd" layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin "ağıllı kənd təsərrüfatı" sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması "Ağıllı kənd" layihəsini zamanın zərurətinə çevirib.
Xəbər lenti
0