Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalayacaq

© AFP 2023 / KIRILL KUDRYAVTSEVQazprom-un loqosu, arxiv şəkli
Qazprom-un loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması üçün yardımı nəzərdə tutan memorandum imzalayıblar.
BAKI, 2 noyabr — Sputnik. İran dekabrda "Qazprom"la 40 milyard dollarlıq müqavilələr imzalamağı gözləyir. Bu barədə İran xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri bildirib.
İran Milli Neft Şirkəti və "Qazprom" iyulda "Kiş" və "Şimali Pars" qaz yataqlarının, 6 neft yatağının işlənməsi və Cənubi Pars yatağında təzyiqin saxlanması üçün yardımı nəzərdə tutan memorandum imzalayıblar. Bundan başqa, sənəd təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarını, LNG layihələrinin həyata keçirilməsini, ixrac qaz kəmərlərinin tikintisini əhatə edir. İranın "Shana" agentliyi şirkətlər arasında potensial sövdələşmənin həcminin 40 milyard dollar olduğunu bildirib.
"Rusiyanın "Qazprom"u ilə razılaşma təxminən 6,5 milyard dollarlıq sazişdir. Ümid edirik ki, qalan müqavilələr - 40 milyard dollar dəyərində - gələn ay imzalanacaq. İndi onlar haqqında danışıqlar aparılır", - Səfəri deyib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası ərəfəsində neft məhsullarının svop tədarükünə artıq başlanıldığını bildirib və qeyd edib ki, tərəflər müvafiq məhsulların çeşidinin genişləndirilməsi barədə razılığa gəliblər. O, həmçinin noyabrın sonuna kimi “Qazprom” və İranın konkret neft və qaz layihələri üzrə sazişlər imzalayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda texniki-iqtisadi parametrlərin hazırlanması prosesi gedir.
Xatırladaq ki, bir müddət əvvəl İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub.
Bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.
O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq bildirib ki, 2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi, İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır".
Xəbər lenti
0