DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistanda asma körpünün uçması nəticəsində ölənlərin sayı 90 nəfəri keçib

© AP Photo / Rajesh AmbaliyaHindistanda aşmış körpü
Hindistanda aşmış körpü - Sputnik Azərbaycan, 1920, 30.10.2022
Abunə olmaq
Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.
BAKI, 30 oktyabr - Sputnik. Hindistanın cənubundakı Qucarat əyalətində asma körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb. NDTV-nin yaydığı məlumatlara görə, 91 nəfər faciənin qurbanı olub. 70 nəfər yaralanıb və xəstəxanalara aparılıb.
140 ildən çox əvvəl tikilmiş, Morbi şəhəri yaxınlığındakı Maçhu bəndindəki körpü son iki il ərzində bağlanıb və cəmi dörd gün əvvəl, oktyabrın 26-da yenidən qurulduqdan sonra yenidən açılıb.
Yerli medianın məlumatına görə, körpünün uçması zamanı uşaqlar da daxil olmaqla 500-dən çox insan körpünün üzərində olub. Körpünün uçmasından sonra 350-dən çox insan suya düşüb.
Hindu nəşrinin məlumatına görə, körpü özəl şirkət tərəfindən təmir edilib və yararlılıq sertifikatı olmadan yenidən açılıb.
Baş nazir Narendra Modi bütün lazımi yardımların göstərilməsi, həmçinin ölənlərin ailələrinə 200 min rupi, həmçinin yaralılara 50 min rupi ayrılması barədə göstəriş verib.
Yardımın göstərilməsi çayın güclü axını, eləcə də gecə vaxtı çətinləşir. Əraziyə Morbi şəhəri, eləcə də ətraf şəhərlərdən yanğınsöndürənlər göndərilib.
***
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.
Bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.
“Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır”, - nazir bildirib.
Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.
***
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
Xəbər lenti
0