Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avarçəkənimiz Avropa çempionu oldu

© Photo : AZERTAGDiana Dimçenko
Diana Dimçenko - Sputnik Azərbaycan, 1920, 29.10.2022
Abunə olmaq
Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk idmançımızdır.
BAKI, 29 oktyabr - Sputnik. İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib. Azərtac xəbər verir ki, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.
“Baku” avarçəkmə klubu adından yarışan Diana Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib.
Dörd min metr məsafəni 22 dəqiqə, 56,72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib. Diana Dimçenko finalda da uğurlu çıxış edib.
Təmsilçimiz ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk idmançımızdır.
Xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.
Xəbər lenti
0