Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

© Sputnik / Kemale AliyevaYazıçı Anar, arxiv şəkli
Yazıçı Anar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib. AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib.
BAKI, 26 oktyabr — Sputnik. Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. Bu gün AYB-nin XIII qurultayı keçirilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.
Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.
Xatırladaq ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.
Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.
Xəbər lenti
0