Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan avrobondların bir qismini geri ala bilər

© AFP 2023 / FRED TANNEAUDollar və avro
Dollar və avro - Sputnik Azərbaycan, 1920, 22.10.2022
Abunə olmaq
Avrobondların debüt buraxılışının lid-meneceri kimi “Barclays Bank”, “Deutsche Bank” və “Citibank” çıxış edib.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikası İqtisadi Şurasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması müzakirə edilib.
Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarında 1,25 milyard ABŞ dolları dəyərində illik 5 %-lə istiqraz yerləşdirib.
Avrobondların nominal dəyəri 1 000 ABŞ dolları, həcmi isə 1,25 milyon ədəd təşkil edir.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47 %-ni ABŞ, 25 %-ni Böyük Britaniya, 18 %-ni Almaniya, 10 %-ni digər ölkələrdən olan investorlar əldə ediblər.
Avrobondların debüt buraxılışının lid-meneceri kimi “Barclays Bank”, “Deutsche Bank” və “Citibank” çıxış edib.
Xəbər lenti
0