Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

FHN Sumqayıtda yanğın-taktiki təlim keçib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN Sumqayıt şəhərində yanğın-taktiki təlim keçirib
FHN Sumqayıt şəhərində yanğın-taktiki təlim keçirib - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı şəxsi heyətin yanğınlarla mübarizə üzrə praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da yaxşılaşdırılması, bölmələr arasında qarşılıqlı və əlaqəli fəaliyyətin təkmilləşdirilməsi olub.
BAKI, 21 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Sumqayıt şəhərində yerləşən "Kimyaçı" mədəniyyət sarayında "Yüksək saylı çağırışla yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı şəxsi heyətin yanğınlarla mübarizə üzrə praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da yaxşılaşdırılması, bölmələr arasında qarşılıqlı və əlaqəli fəaliyyətin təkmilləşdirilməsi olub.
Təlimə Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun müvafiq qüvvələri cəlb olunub.
Təlim zamanı yüksək saylı çağırışla "hadisə yerinə" operativ çatan yanğından mühafizə qüvvələri tərəfindən mədəniyyət sarayının tamaşa zalında "köməksiz vəziyyətdə qalan" şərti tamaşaçılar və işçi personal xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla "xilas edilib" və zalda baş vermiş şərti yanğın qısa müddətdə "söndürülüb".
Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
0