Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

© AFP 2023 / -2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək turnirə yüz milyonlarla avro pul xərclənəcək.
BAKI, 27 sentyabr — Sputnik. Futbol üzrə dünya çempionatının keçirilməsi üçün Qətərin xərclədiyi məbləğ bəlli olub. "The Sun" nəşrinin məlumatına görə, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.
Onun sözlərinə görə, mundial üçün 208 milyon avro xərclənib.
Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib:
"Yeni yollar, metro, hava limanı, hotellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".
© AFP 2023 / PAUL ELLISFutbol oyunundan kadr, arxiv şəkli
Футболист с мячом, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Futbol oyunundan kadr, arxiv şəkli
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək baş tutacaq.
Qətərdə keçiriləcək DÇ-2022-də pivə satışı ilə bağlı məhdudiyyətlər olacaq. Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək.
Bu içkiləri oyunun startına üç saat qalmışa qədər almaq mümkün olacaq. Satış matç başa çatandan bir saat sonra bərpa edilə bilər.
(Report)
Xəbər lenti
0