CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

© Sputnik / Murad OrujovAnım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunur, arxiv şəkli
Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
BAKI, 26 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də "Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.
© Sputnik / Murad Orujov Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, arxiv şəkli
 Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunur - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, arxiv şəkli
Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər.
Xatırladaq ki, 2020-ci ilin Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Xəbər lenti
0