Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu şəxlər xaricdə təhsil proqramından kənarlaşdırıla bilərlər - Xəbərdarlıq

© AFP 2023 / FRED DUFOURAuditoriyada tələbələr
Auditoriyada tələbələr - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Türanə Topalova xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təminatı məsələsinə də aydınlıq gətirib.
BAKI, 9 sentyabr — Sputnik. Bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təminatı məsələsinə aydınlıq gətirilib. "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, 12 nəfərdən 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək.
Onun sözlərinə görə, digər məzunlardan 3 nəfəri ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcəklər. Hazırda 168 azərbaycanlı doktorant xaricdə təhsil alır.
O qeyd edib ki, həmin şəxslər 22 ölkədə təhsilini davam etdirir: "İlk sırada Türkiyə qərarlaşıb (34%). Doktorantlar əsasən 7 prioritet ixtisas istiqamətində oxuyurlar. 12 doktorantın bu il məzun olacağı gözlənilir".
T.Topalova bildirib ki, "2019-2023 Dövlət Proqram" çərçivəsində 2 bakalavriat, 2 magistratura ikili diplom proqramı olmaqla 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir. İlin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin ediliblər.
Xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb. T.Topalova qeyd edib ki, proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir:
"Monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır. Əgər rəy müsbət deyilsə, o, proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb".
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Xəbər lenti
0