DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Qərbi sərt tənqid etdi: "Niyə əvvəlcədən bu haqda düşünmədiniz?"

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkl
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkl - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Türkiyə Prezidenti bildirib ki, Qərb ölkələri təxribata əsaslanan siyasət yürütdüyü müddətcə heç bir nəticə əldə edə bilməz.
BAKI, 7 sentyabr — Sputnik. Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərb ölkələrini tənqid edib. Bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
Türkiyə prezidenti bildirib ki, ölkəsi əvvəldən balans siyasəti yürüdüb: “Deyə bilərəm ki, hazırda Qərbin tutduğu mövqeyi doğru hesab etmirəm. Təxribata əsaslanan siyasət olduğu müddətcə heç bir nəticə əldə edə bilməzsiniz. Bu müharibənin qalibi varmı? Deyə bilərik ki, bu müharibənin qalib tərəfi yoxdur, ancaq məğlub olan çoxdur”.
Ərdoğan bildirib ki, Ukraynadakı hərbi əməliyyatların maliyyə tərəflərinə diqqət etmək lazımdır:
"Maliyyə tərəfinə nəzər saldıqda görürük ki, biri deyir Ukraynaya bu qədər pul verdim, digəri deyir bu qədər. Bəs bu pul haradadır? Deyirlər, Ukraynaya silah göndərilir. Nə qədər vaxtı keçmiş silahlar varsa, onları göndərirlər. Rusiyanı ciddiyə almayanlara deyirəm ki, yanlış edirsiniz. Rusiya ciddiyə alınmayacaq ölkə deyil. Rusiya təbii qazı kəsdi, qiymətlər qalxdı. İndi hamı qışdan necə çıxacağını düşünür. Niyə əvvəlcədən bu haqda düşünmədiniz? Səhmlərdən necə danışılacaq. Ümid edirik ki, bir nəticəyə gəlib bu işi tez bir zamanda bitirəcəyik".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
RUSİYA
"Putini bu həddə Avropa çatdırıb" - Ərdoğan qaz böhranının əsl günahkarları barədə
Xəbər lenti
0