Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB: Lerik rayonunda baş verən qəzada xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağırdır

© Photo : AZƏRTACLerik rayonunun Günəşli kəndində baş verən qəza
Lerik rayonunun Günəşli kəndində baş verən qəza - Sputnik Azərbaycan, 1920, 04.09.2022
Abunə olmaq
Yerli turistləri daşıyan avtobusun Günəşli kəndi ərazisində qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
BAKI, 4 sentyabr - Sputnik. Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən Azərtac-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
Xatırladaq ki, Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə Günəşli kəndində qeydə alınıb. Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Hadisə Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən baş verib. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0